...

"Dərviş" Bakıya gəlir

Mədəniyyət Materials 19 Oktyabr 2015 19:38 (UTC +04:00)
Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında çıxış edəcək.
"Dərviş" Bakıya gəlir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Moskvanın "Dərviş" Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Dərviş" teatrı xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə "Gülüstan" poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.

Oktyabrın 21-də təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru "Dərviş" teatrının bədii rəhbəri, əməkdar artist Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir.

Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti