...

Təbriz teatrı Bakıda tamaşa göstərmək istəyir

Mədəniyyət Materials 23 Noyabr 2015 19:15 (UTC +04:00)
Görüşdə Təbriz teatrının rejissoru Babək Nəhreyi, illüziya ustası Cavad Əkbəri, rəssam Əkbər İsmaili iştirak ediblər.
Təbriz teatrı Bakıda tamaşa göstərmək istəyir

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahiminin təklifinə əsasən mərkəz sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Dram Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Təbriz teatrının rejissoru Babək Nəhreyi, illüziya ustası Cavad Əkbəri, rəssam Əkbər İsmaili iştirak ediblər.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov iki qonşu ölkə arasında teatr əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb, qarşılıqlı əməkdaşlığın zəruriliyi haqda danışıb. İ.İsrafilov qeyd edib ki, rəhbərlik etdiyi teatrın kollektivi Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edib, təqdim olunan səhnə əsəri iranlı tamaşaçılar tərəfindən diqqət və maraqla qarşılanıb. Direktor nümayəndə heyətinin Təbriz teatrı və Akademik Milli Dram Teatrı arasında gələcək əməkdaşlıq təklifini müsbət dəyərləndirib, teatrlar arasında yaradıcı mübadilənin faydasını vurğulayıb.

Mədəniyyət Mərkəzinin sədri S.İbrahimi iki ölkə arasında olan teatr əlaqələrini daha da genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. O, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində Təbriz teatrının Akademik Milli Dram Teatrında tamaşa ilə çıxış etmək niyyətində olduğunu qeyd edib.

Görüşdə "Robinzon və Kruzo", "Siçan və pişiyin əhvalatı" tamaşalarının Akademik Milli Dram Teatrında təqdim olunması ilə bağlı müzakirələr aparılıb, razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti