...

Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Mədəniyyət Materials 25 Noyabr 2015 18:20 (UTC +04:00)
Noyabrın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət sərgi və hərrac təşkil olunacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Bakı. Trend:

Noyabrın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət sərgi və hərrac təşkil olunacaq.

Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakı və regionlardan müxtəlif uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri sərgilənəcək.

Sərgidə 400-dək əsərin nümayişi nəzərdə tutulur.

Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil olunacaq. Qeyd edək ki, hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf olunacaq.

Fondun təşəbbüsü ilə keçirilən bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti