...

Beynəlxalq “Gənclik-İstanbul” Film müsabiqəsinin qalibləri məlum oldu (FOTO)

Mədəniyyət Materials 30 Noyabr 2015 09:58 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə bu yaxınlarda İstanbulun Camal Rəşid Rəy konsert salonunda “Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı “Beynəlxalq film müsabiqəsi”ndə qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.
Beynəlxalq “Gənclik-İstanbul” Film müsabiqəsinin qalibləri məlum oldu (FOTO)

Bajkı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə bu yaxınlarda İstanbulun Camal Rəşid Rəy konsert salonunda "Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi" mövzusunda keçirilən "Gənclik-İstanbul" adlı "Beynəlxalq film müsabiqəsi"ndə qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, İKGF və Boğaziçi Beynəlxalq Film Dərnəyinin nümayəndələrindən ibarət jüri finala qədər yüksəlmiş 10 ölkəni təmsil edən 12 filmdən ən peşəkar və üstün 4 filmi qalib olaraq seçib. Aşağıdakı filmlər və onların rejissorları qalib elan olunub:
1-ci yer Ahmet Bikic "Ana" (Türkiyə)
2-ci yer Güzel Osmanova "Özünə inan" (Tatarstan, RF)
3-cü yer Damiel Hernandez "Niyə?" (Ispaniya)
Xüsusi mükafat Soheil Sadeghi "Gözəl şəhər" (İran)

Xatırladaq ki, İƏT Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün "İslam dünyası Gənclik Paytaxtı" elan edilməsi ilə bağlı silsilə tədbirləri çərşivəsində 3 ay bundan əvvəl sözügedən müsabiqəyə start verilmişdir. Keçən müddət ərzində Kambojadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilmişdir. Müsabiqəyə göndərilən filmlər "qaçqınlar", "zorakılıq və terrorizm", "gəncliyin iştirakı", "qloballaşma və etnik çağırışlar" və s. mövzulara uyğun olmuşdur. Finalçılar siyahısına düşmüş 12 film eyni zamanda Boğaziçi Film Festivalı çərçivəsində 21 və 24 noyabr tarixlərində İstanbulda nümayiş etdirilib.

Mükafat alan filmlər İKGF-nin Youtube ve Facebook kanallarında da yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti