...

Xalça Muzeyinin direktoru təqaüdə göndərildi (ƏLAVƏ OLUNUB)

Mədəniyyət Materials 25 Dekabr 2015 12:26 (UTC +04:00)
"Onun artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək". Nazir bildirb ki, Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılmadı üçün tədbirlər görüldü: " Sösüz ki, bu məsələlərdə rəhbərliyin günahı var idi. Maliyyə, sənəd işlərində çatışmazlıqlar var idi. Amma bütün bunlara baxmayaraq, heç kim haray salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır. Çünki o muzey bizim nümunəvi muzeyimizdir".
Xalça Muzeyinin direktoru təqaüdə göndərildi (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilib. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Ə.Qarayev qeyd edib: "Röya Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək".

Nazir bildirib ki, Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü: "Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti