...

Milli balet sənətimizin ilk nümunəsi göstəriləcək

Mədəniyyət Materials 7 Yanvar 2016 15:35 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında milli balet sənətimizin ilk nümunəsi göstəriləcək.
Milli balet sənətimizin ilk nümunəsi göstəriləcək

Bakı. Trend:

Yanvarın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, milli balet sənətimizin ilk nümunəsi olan bu balet uzun illərdir ki, Teatrın repertuarındadır və hər zaman baletsevərlər tərəfindən maraqla qarşılanır və anşlaqla baş tutur.

Şənbə günü keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Nigar İbrahimova (Gülyanaq) və aparıcı solist Makar Ferştandt çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəforov idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti