...

Bəhreynli nazir: Azərbaycanın İslam mədəni irsinin qorunmasındakı fəaliyyəti olduqca yüksəkdir (FOTO)

Mədəniyyət Materials 19 Yanvar 2016 19:33 (UTC +04:00)
Yanvarın 19-da Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və İncəsənət sərgisinin açılışı olub.
Bəhreynli nazir: Azərbaycanın İslam mədəni irsinin qorunmasındakı fəaliyyəti olduqca yüksəkdir (FOTO)

Bakı. Trend:

Yanvarın 19-da Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və İncəsənət sərgisinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova təmsil edir. O, açılışda ölkəmizin təqdimatı ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Bəhreyn Krallığının mədəniyyət naziri xanım Mai bint Məhəmməd Əl Xəlifə tədbirin əhəmiyyətindən bəhs edərkən, Azərbaycanın İslam mədəni irsinin qorunmasındakı fəaliyyətini olduqca yüksək qiymətləndirib və ölkəmizin qədim mədəniyyətə sahib olduğunu bildirib.

Nazir davamlı inkişafın təşviqində mədəniyyətin bütün sahələrinin rolunun vacib olduğunu qeyd edib, turizmin inkişafında bu alətin mühüm olmasını da vurğulayıb. Həmçinin bildirib ki, mədəni irsin inkişafı və irs nümunələrinin gələcək nəsillərə saxlanması üçün mədəniyyətin bütün qollarının eyni səviyyədə inkişaf etdirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti