...

Gənclər Günü münasibətilə "Ağ ölüm" göstəriləcək (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2016 20:48 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Ağ ölüm” tamaşası göstəriləcək.
Gənclər Günü münasibətilə "Ağ ölüm" göstəriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin "Ağ ölüm" tamaşası göstəriləcək.

Trend-in məlumatına görə, səhnə əsəri 2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə nümayiş etdiriləcək.

Azərbaycan Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, V.Siqarevin "Şeytan ailəsi" adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Bu gün dünyanı narahat edən əsas problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti