...

Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2016 19:43 (UTC +04:00)
Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisi açılıb.
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açılıb (FOTO)

Bakı. Trend:

Özbəkistanda Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdirilən libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlayıb.

Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılıb. Şüşə vitrinlərdə sərgilənən geyimlər görünüşün keyfiyyətini yüksəltmək məqsədilə xüsusi işıqlandırma aparatları ilə təmin olunub.

Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.

Qeyd edək ki, daimi sərgi Mədəniyyət Mərkəzində keçirilən tədbirlər zamanı mötəbər qonaqların, Mərkəzə daim gələn yerli ictimaiyyətin, azərbaycanlıların, habelə Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların tələbələrinə Azərbaycanın Qarabağ diyarının tarixi, mədəniyyəti, milli geyimləri ilə tanış olmağa imkan verəcək. Yaxın günlərdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin, diplomatların xanımlarının Qarabağ geyimlərinin sərgisi ilə tanışlığı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti