...

Beynəlxalq Muğam Mərkəzi və "ASAN xidmət"dən birgə layihə (FOTO)

Mədəniyyət Materials 10 Fevral 2016 17:05 (UTC +04:00)
Hər millət üçün ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, musiqisi dünya mədəniyyətinin qızıl xəzinəsinə böyük töhfələr vermişdir. Bu gün dövlətimiz bu irsi layiqincə qoruyur və təbliğ edir.
Beynəlxalq Muğam Mərkəzi və "ASAN xidmət"dən birgə layihə (FOTO)

Bakı. Trend:

Hər millət üçün ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, musiqisi dünya mədəniyyətinin qızıl xəzinəsinə böyük töhfələr vermişdir. Bu gün dövlətimiz bu irsi layiqincə qoruyur və təbliğ edir. Ölkədə və onun hüdudları kənarında yüksək səviyyədə beynəlxalq festivallar, konsertlər və sərgilər keçirilir.

Azərbaycan milli incəsənətinin ölkədə təbliğatı və dünyada tanınması üçün Heydər Əliyev Fondunun mühüm rolu var. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Beynəlxalq Muğam Mərkəzi, onun dəstəyi ilə keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, "Muğam" televiziya müsabiqəsi bu təbliğatın böyük və parlaq bir hissəsidir.

Beynəlxalq Muğam Mərkəzində mütəmadə olaraq görkəmli muğam ustalarının xatirə gecələri, yubileyləri və yaradıcılıq axşamları, istedadlı gənc muğam ifaçılarının konsertləri keçirilir.

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN" ilə birgə "Milli dəyərlərimizə hörmətlə" adlı layihəyə start verdi. İlk konsert gənc ifaçıların iştirakı ilə 5 fevral 2016-cı ildə Gəncə şəhərində keçirildi.

Layihənin məqsədi çoxəsrlik Azərbaycan muğamını bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə sevdirməkdir.

İlk konsertin iştirakçıları gənc olmağına baxmayaraq çox istedadlı və xalq arasında tanınan, sevilən ifaçılar: Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, Nigar Şabanova, Ayşən Mehdiyeva oldular. Onları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada isə Soltan Əliyev müşayət edirdilər. Anşlaqla keçən konsertdə muğamlar, təsniflər və xalq mahnıları ifa olundu. Tamaşaçıların böyük maraq göstərdiyi konsert uzun alqışlarla başa çatdı.

Layihə çərçivəsində Sumqayıt, Ağdaş, Sabirabad və başqa şəhərlərdə konsertlərin keçirilməsi nəzərdə tutulur.

Layihənin bağlanışı bu ilin sonunda Beynəlxalq Muğam Mərkəzində böyük qala konsert ilə qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti