...

Bakı Mərkəzi Kitabxanası ilə Leninqrad vilayəti Uşaq Kitabxanası arasında növbəti onlayn görüş (FOTO)

Mədəniyyət Materials 14 Mart 2016 18:22 (UTC +04:00)
Bakı Mərkəzi Kitabxanası ilə Rusiyanın Leninqrad vilayəti Uşaq Kitabxanası arasında növbəti onlayn görüş keçirilib.
Bakı Mərkəzi Kitabxanası ilə Leninqrad vilayəti Uşaq Kitabxanası arasında növbəti onlayn görüş (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası ilə Rusiyanın Leninqrad vilayəti Slantsı şəhər uşaq kitabxanası arasında onlayn görüş keçirilib.

Rusiya və Azərbaycan xalqlarının milli bayramları sayılan Novruzun və Maslenitsanın tarixdən gələn adətlərinə həsr olunan görüş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan ediilməsi ilə əlaqədar keçirilən tədbirlər çərcivəsində təşkil olunub.

Novruz və Maslenitsa bayramlarının bir çox xüsusiyyətləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayramlar insanları bir-birinə yaxınlaşdırır, onlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsənlər barışır, bayram süfrələri açılır. Bu təbiət bayramları baharın gəlişini ifadə edir.

Tədbirdə Səbail rayon MKS-nin və Rusiyanın Leninqrad vilayəti Slantsı şəhər uşaq kitabxanasının məktəbli oxucuları iştirak edib. Onlar xalqımızın bu günə qədər qoruyub yaşatdığı, gələcək nəsillərə ötürdüyü Novruz bayramının ənənələrindən ətraflı məlumat veriblər. Məktəblilər Novruz və Maslenitsa bayramlarının oxşar və fərqli cəhətlərini diqqətə çatdırıblar, bayramları tərənnüm edən şeirlər söyləyib, Novruza həsr olunmuş kompozisiya təqdim ediblər.

Tədbirin keçirilməsində məqsəd hər iki xalqın mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, rus və Azərbaycan xalqalarının milli dəyərlərinin öyrənilməsinə dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti