...

Azərbaycanın televiziya ulduzları Novruz bayramını milli geyimlərdə qarşılayır (FOTO)

Mədəniyyət Materials 18 Mart 2016 15:02 (UTC +04:00)
Azərbaycanda Novruz bayramını ənənəvi olaraq böyük vüsətlə qarşılayırlar. Ən qədim, sevimli və şən bayramlardan biri olan Novruz bayramı Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə cəmləşdirib.
Azərbaycanın televiziya ulduzları Novruz bayramını milli geyimlərdə qarşılayır (FOTO)

Bakı. Trend:

Azərbaycanda Novruz bayramını ənənəvi olaraq böyük vüsətlə qarşılayırlar. Ən qədim, sevimli və şən bayramlardan biri olan Novruz bayramı Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə cəmləşdirib.

Bütün ölkə üzrə müxtəlif tədbirlər təşkil edilir, maraqlı konsertlər keçirilir, televiziya tamaşaçılarına maraqlı verilişlər təqdim olunur. Və əlbəttə ki, hər bir televiziya aparıcısı ənənəvi olaraq Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin kostyum və geyimlərində televiziya tamaşaçılarının qarşısına çıxır.

Onların arasında Murad Arif, Günel Gözəlova, Ruslan Həsənov, Vüsalə Səid, Mehman Mehdiyev, Leyla Mustafayeva, Fəxriyyə İsayeva, Nuranə Axundova, Zamirə Dadaşova və digərləri var.

Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, Novruz və milli geyim qədim tariximizi, etnoqrafiyamızı, mədəniyyətimizi, xalq yaradıcılığımızı, Azərbaycan xalqının bütün ən gözəl cəhətlərini əks etdirir: "Bu günlərdə insanlar milli geyimlərdə necə də gözəl görünürlər! Mənim çoxdankı arzum Milli Geyim Gününün təsis edilməsidir ki, təkcə Novruzda deyil, həm də digər bayram günlərində biz özümüzü və ətrafımızı rəngarəng kostyum və geyimlərlə sevindirək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti