...

Nizami Kino Mərkəzi Azərbaycanın kinotəcrübəsində ilk - surdotərcüməli filmlər

Mədəniyyət Materials 7 Aprel 2016 18:57 (UTC +04:00)
Nizami Kino Mərkəzi MEGOGO onlayn- kinoteatrı ilə sıx əməkdaşlıqda Azərbaycan dilinə surdotərcümə olunmuş filmləri mütəmadi olaraq repertuara daxil edərək tam təmənnasız danışma və eşitmə qüsurlu insanlara təqdim edəcək.
Nizami Kino Mərkəzi Azərbaycanın kinotəcrübəsində ilk - surdotərcüməli filmlər

Bakı. Trend:

Nizami Kino Mərkəzi MEGOGO onlayn- kinoteatrı ilə sıx əməkdaşlıqda Azərbaycan dilinə surdotərcümə olunmuş filmləri mütəmadi olaraq repertuara daxil edərək tam təmənnasız danışma və eşitmə qüsurlu insanlara təqdim edəcək.

Mərkəzdən Trend-ə verilən məlumaat görə, artıq yaxın gönlərdə ABŞ və Çin istehsalı olan "Zamanın ilməsi" bədii filminin nümayişi planlaşdırılıb.

Xatırladaq, ki surdotərcüməli olan filmin Azərbaycanda ilk nnümayişi Nizami Kino Mərkəzində baş tutub və mərkəzin MEGOGO onlayn-kinoteatrın əvəzsiz xeyriyyə layihəsinə daima dəstəyə hazır olduğunu qeyd edib və qarşılıqlı olaraq MEGOGO -onlayn -kinoteatrın Azərbaycan və Gürcüstandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını söyləyib.

Qeyd edək ki, ilk leqal videoplatforma olan MEGOGO - onlayn -kinoteatrı "Bax necə eşidirsən" layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları"Bax necə eşidirsən" layihəsi daxilində respublikanın bölgələrində və müxtəlif ölkələrdə də bu aksiyanın keçirilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti