...

Milli Dram Teatrının kollektivi Hacıqabulda "Xəcalət" tamaşası ilə çıxış edib

Mədəniyyət Materials 15 Aprel 2016 20:45 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda “Xəcalət” tamaşası ilə çıxış edib.
Milli Dram Teatrının kollektivi Hacıqabulda "Xəcalət" tamaşası ilə çıxış edib

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda "Xəcalət" tamaşası ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhnə əsəri rayon rəhbərliyi və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

İki hissəli müasir dram olan "Xəcalət" tamaşasında rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa ediblər.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti