...

Qırğızıstanda Azərbaycan mədəniyyət günləri keçiriləcək

Mədəniyyət Materials 27 Aprel 2016 17:03 (UTC +04:00)
Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə görüşüb.
Qırğızıstanda Azərbaycan mədəniyyət günləri keçiriləcək

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin Azərbaycanda Qırğızıstan, Qırğızıstanda isə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olundu.

E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirdi.

A.Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırdı, tədbirin işini və məramını yüksək qiymətləndirdi.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti