...

"Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının qalibləri məlumdur (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2016 14:32 (UTC +04:00)
Azərbaycan Akademik Milli Dram Teatrında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi baş tutub.
"Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının qalibləri məlumdur (FOTO)

Bakı. Trend:

Azərbaycan Akademik Milli Dram Teatrında "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gəncləri üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması layihənin əsas məqsədləri sırasına da daxildir.

Qeyd edək ki, bu il 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.

"Tələbə baharı" lX Ümumrespublika tələbə yaradıcılıq Festivalının qaliblərinin siyahısı:

Klassik estrada nominasiyası üzrə

1. Ənvər Məmmədhəsənov - l yer
2. Zərrin Mahmudzadə - ll yer
3. Nigar Hüseynli - III yer
4. Orxan Əlizadə - III yer

Müasir estrada nominasiyası üzrə

1. Məhəmməd Osmanov - l yer
2. Sərvər Əsədzadə - ll yer
3. Nigar Qasımova - lll yer

Vokal nominasiyası üzrə

1. Aslan Əzimzadə - l yer
2. Kənan Əzimov - ll yer
3. Musa Abdullayev - lll yer

Xalq mahnıları nominasiyası üzrə

1. Aysel Hacıyeva - l yer
2. Aynur Nüsrətli - ll yer
3. İdris Səlimov - lll yer

Pop nominasiyası üzrə

1. Rəhilə Məmmədzadə - l yer
2. Türkan Əliyeva - l yer
3. Coşqun Çələbizadə - ll yer
4. Cavid Hüseynli - ll yer
5. Cümşüd Kərimli - ll yer

Rok nominasiyası üzrə

1. Cəmil Hüseynli - ll yer

2. Nərgiz Umarova- lll yer

Milli rəqslər nominasiyası üzrə

1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Gənclik" rəqs ansamblı - l yer
2. Azərbaycan Dillər Universitetinin rəqs ansamblı - l yer
3. Bakı Dövlət Universitetinin rəqs ansamblı - ll yer
4. Sumqayıt Dövlət Universitetinin rəqs ansamblı - III yer
5. Qafqaz Universitetinin rəqs ansamblı - lll yer

Müasir rəqslər nominasiyası üzrə

1. Xəzər Universitetinin rəqs ansamblı - l yer
2. Odlar Yurdu Universitetinin rəqs ansamblı - l yer
3. Azərbaycan Dövlət İqtisad Universitetinin rəqs ansamblı - lll yer

Solo və duet rəqslər nominasiyası üzrə

1. Vəfa Məmmədova - l yer
2. Təhminə Quliyeva - ll yer
3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müasir rəqslər qrupu - ll yer
4. Minayə Ramazanova - lll yer

Festivalın laueratı

1. Qafqaz Universitetinin xor kollektivi

Final mərhələsinin sonunda festivalın nominantlarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim edildi. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynayıb. Məhz 2009-cu ildə Eurovision mahnı festivalında Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə "Eurovision" mahnı Festivalında Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olmuşlar.

2011-ci İldən etibarən "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti