...

Altay Məmmədovun anım günü keçirildi (FOTO)

Mədəniyyət Materials 17 May 2016 15:58 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi, dosent Altay Məmmədovun anım günü keçirildi.
Altay Məmmədovun anım günü keçirildi (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi, dosent Altay Məmmədovun anım günü keçirildi.

Girişi AYB Gəncə Bölməsinin sədri Xəzangül xanım açaraq bildirdi ki, Azərbaycan ədəbiyyatında A.Məmmədovun müstəsna xidməti danılmazdır. Onun "İkinci məhəbbət", "Dəli Domrul", "Məhəbbətin səsi", "Gülab nəfəsli" və başqa kitablarının məziyyətlərindən söhbət açdı. Həmçinin natiq qeyd etdi ki, yazıçı-dramaturqun "Kişilər", "Həmyerlilər", "Ulduzlar görüşəndə" və başqa dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, böyük tamaşaçı rəğbətini qazanıb.

Aləmzər Əlizadə A.Məmmədovun işıqlı xatirəsindən ürəklə söhbət açaraq dedi ki, bu böyük insanın yazıçı bütövlüyündən başqa, onun şəxsiyyət bütövlüyü heç vaxt yadından çıxmır: "Unudulmaz sənətkarın nurlu siması, mehriban baxışları bütün yazarlara olduğu kimi, mənə olan isti münasibəti onun daha sevimli olmasına stimul verirdi. O, mənim yaradıcılığıma həmişə diqqətli olub, uğurlarım haqqında xoş sözlər söyləyib, dəyərli məsləhətlər verib".

Yazıçı və şairlərdən Qərib Mehdi, Saleh Qurbanov, Həsən Abbaslı, Hüseyn Əsgəroğlu, İmamverdi Məmmədov, Nadir Ovçu, Banu Qarayeva, Cavanşir Atəşi və Ədalət Qoşunoğlu xatirələni söylədilər, böyük yazıçıya həsr etdikləri şeirlərini oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti