...

Aygün Kazımova növbəti konsertinə hazırlaşır

Mədəniyyət Materials 24 May 2016 16:33 (UTC +04:00)
Xalq artisti Aygün Kazımova növbəti konsertinə hazırlaşır.
Aygün Kazımova növbəti konsertinə hazırlaşır

Bakı. Trend:

Xalq artisti Aygün Kazımova növbəti konsertinə hazırlaşır. Trend-in məlumatına görə, ən yeni və sevilən mahnıları ilə səhnədə yeni şoular göstərməyə hazırlaşan müğənni iyunun 18-də Nabranda "El Faro İstirahət Mərkəzi"ndə çıxış edəcək. Artıq saat 21:00-da başlayacaq konsertin hazırlıq işlərinə artıq start verilib.

Xalq artistini səhnədə 10 peşəkar rəqqas müşayiət edəcək. Yayın ən möhtəşəm gecəsində səhərə qədər Dj Roşka sizlərlə birlikdə olacaq. Qeyd edək ki, konsertə biletin qiyməti 55 AZN, yemək servisi ilə birlikdə isə 105 AZN-dir.

Əlaqə nömrələri: +994 12 598 87 87 +994 50 486 87 77

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti