...

Gənc Tamaşaçılar Teatrından 11 tamaşa... (FOTO)

Mədəniyyət Materials 26 May 2016 16:46 (UTC +04:00)
May ayının 27-i və 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Orenburq şəhərinə və Böyük Britaniyanın paytaxtı Londona səfərləri başlayır.
Gənc Tamaşaçılar Teatrından 11 tamaşa... (FOTO)

Bakı. Trend:

May ayının 27-i və 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Orenburq şəhərinə və Böyük Britaniyanın paytaxtı Londona səfərləri başlayır. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumaat görə, eyni zamanda kollektivin başqa üzvlərinin iştirakı ilə teatrda 26-dan-30-dək 11 tamaşa nümayiş olunacaq.

May ayının 26 və 27-də saat 14.00 və 16.00-da teatrda V.Siqarevin "Ağ ölüm", may ayının 28-də saat 10.00 və 12.00-da Ərəb Xalq nağılı "Əlibaba və qırx quldur", saat 16.00 və 19.00-da V.Siqarevin "Ağ ölüm", may ayının 29-da saat 12.00 və 14.00-da R.Tohidoğlunun "İncəbel və div", saat 19.00-da M.MakDonaxın "Gözəllik kraliçası" tamaşaları göstəriləcək.

Bugün isə teatrda Texniki Humanitar Liseyi ilə birgə layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə narkotik vasitələr, onun fəsadları haqqında giriş sözü ilə Əməkdar Artist Ötkəm İskəndərov çıxış edib. Ö.İkəndərov insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan narkotik vasitələr haqqında danışıb. Texniki Humanitar liseyin ingilis dili müəlliməsi Axirə Salmanova bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalar haqqında danışaraq tədbir iştirakçılarını bu bəladan uzaq durmağa çağırıb.

Çıxışçılar birgə layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə, başda Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və liseyin direktoru Səidə Zeynalovaya təşəkkür ediblər.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Gənc Tamaşaçılar Teatrında V. Siqarevin "Şeytan ailəsi" adlı əsəri əsasında səhnələşdirilən "Ağ ölüm" tamaşası nümayiş etdirilib.

Teatr-məktəb əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihənin əsasə məqsədi məktəblilərin bu istiqamətdə maarifləndirilməsidir.

Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti