...

Rostropoviçlər adına musiqi məktəbindən bayram konserti (FOTO)

Mədəniyyət Materials 28 May 2016 16:44 (UTC +04:00)
Rostropoviçlər adına musiqi məktəbi Respublika Gününə həsr olunmuş konsert təqdim edib.
Rostropoviçlər adına musiqi məktəbindən bayram konserti (FOTO)

Bakı. Trend:

Mayın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 May - Respublika Gününə həsr olunmuş hesabat konserti keçirib.

Konsertdə istedadlı şagirdlərin ifasında M.Mirzəyev, H.Xanməmmədov, Niyazi, H.Rzayev, A.Prior, A.Lara, E.Lalo, F.Doppler kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.

Konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti