...

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar sərgi və bayram konserti təqdim etdi (FOTO)

Mədəniyyət Materials 2 İyun 2016 12:51 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram tədbiri keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar sərgi və bayram konserti təqdim etdi (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram tədbiri keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Milli Məclisin deputatları Sevinc Hüseynova, Fazil Mustafa, YAP Nəsimi rayon Təşkilatının sədri Məlahət İbrahimqızı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri və başqaları iştirak edib.

Tədbir Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblının "Azərbaycan ritmləri" ifası ilə açıq elan olundu. Konsertdən öncə qonaqlar İdarənin nəzdindəki incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. Sərgidə 50-dən çox yeniyetmə məktəblinin 70-ə yaxın Qarabağ, Vətən, ana, sülh və digər mövzularda rəngli boya ilə işlənmiş rəsmləri nümayiş olunub.
Daha sonra İdarənin nəzdindəki uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", Qara Qarayevin "İldırımlı yollar" baletindən "Ehtiraslı qızların rəqsi", Tofiq Quliyevin "Zibeydə", Səid Rüstəmovun "Alagöz", Müslüm Maqomayevin "Azərbaycan" və digər mahnılar ifa olundu. Həmçinin, uşaqların təqdimatında milli rəqslər təqdim edildi. Mahnı və rəqslər çoxsaylı izləyicilər tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.

Qeyd edək ki, bu tədbir görkəmli bəstəkar Qara Qarayevin heykəli önündə keçirilmiş ilk konsert olaraq gələcəkdə musiqili tədbirlərin məkanı kimi ənənə halını alacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti