...

Enrike İqlesias "Formula 1" komandalarının bokslarına baş çəkib (FOTO)

Mədəniyyət Materials 19 İyun 2016 16:00 (UTC +04:00)
Bu gün dünya estradasının ulduzu Enrike İqlesias Formula 1 Avropa Qran-prisinin iştirakçı komandalarının bokslarına baş çəkib.
Enrike İqlesias "Formula 1" komandalarının bokslarına baş çəkib (FOTO)

Bakı. Trend:

Bu gün dünya estradasının ulduzu Enrike İqlesias Bakıda "Formula 1" Avropa Qran Prisinin iştirakçı komandalarının bokslarına baş çəkib.

Trend-in məlumatına görə, müğənni komandanın qarajları ilə tanış olub, pilotlarla söhbət edib.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti