...

Nizami Kino Mərkəzi üç film premyerası təqdim edir

Mədəniyyət Materials 21 İyun 2016 14:08 (UTC +04:00)
Nizami Kino Mərkəzi ABŞ-ın “Cadu 2”, ABŞ və Böyük Britaniyanın “Səviyyəli oğlanlar” və Türkiyənin “Ali Kundilli 2” filmlərinin nümayişinə başlayıb.
Nizami Kino Mərkəzi üç film premyerası təqdim edir

Bakı. Trend:

Nizami Kino Mərkəzi ABŞ-ın “Cadu 2”, ABŞ və Böyük Britaniyanın “Səviyyəli oğlanlar” və Türkiyənin “Ali Kundilli 2” filmlərinin nümayişinə başlayıb. Mərkəzdən Trend-ə verilən məlumata görə,komediya janrında çəkilmiş “Ali Kundilli 2” filminin rejissoru Faruk Aksoydu.

Böyük esqlə evlənən Ali və İlknur böyük həyəcanla övlad gözləyirlər. Səkkiz aylıq hamilə olan İlknur əcayib istəkləri ilə Alini canından bezdirir. Yuxu görən hamilə qadın uşağı Alinin nənəsinin yaşadığı Ayvalık, Küçükköydə dünyaya gətirmək istəyir. Yola çıxan dəstə yeni məcaralara döğru irəliləyir...

Filmdə rolları Cem Gelinoğlu, Zeynep Aktuğ, Sami Aksu və digər aktyorlar canlandırıblar.

Keri Heyesin ssenarisi əsasında rejissor Ceyms Vanın ekranlaşdırdığı “Cadu 2” filmi dəhşət, triler və dedektiv janrındadır. Ailə cütlüyü Ənfeld şəhərinə gəlib çıxır. Bu dəfə ekstrasenslər burada hökmranlıq etmək istəyən qüvvətli iblislə qarşı qarşıyadılar. İnamı itən şəhər sakinləri biri- birilərindən hansısa törədilən hadisələrə görə şübhələnməyə başlayırlar. Ürəylərində kin və nifrət var.

Rollarda Patrik Uilson, Vera Farmiqa, Medison Vulf, Frensis Okonnor, Loren Espozito, Benjamin Hey, Patrik MakOli, Saymon MakBerni, Mariya Doyl Kennedi, Saymon Delani və digər aktyorlar çəkilib.

“Səviyyəli oğlanlar” kriminal komediyasının rejissoru və ssenari müəllifi Şeyn Blekdir. Sloqanı: “Yaraşıqlı cütllük”dür. Brutal yekəpərlə nərmə-nazik sərsərinin iş birliyi necə olar? Muzdlu mühafizəçi Cekson Hil və özəl detektiv Holland Març ilk baxışdan asan görünən və sonradan əsrin cinayətinə çevrilən itkin düşmüş qızın axtarışı üçün bu iş birliyinə məcburdular.

Hərəsinin özünəməxsus metodları olan oğlanlar bu qarışıq rebusu çözə biləcəklərmi...Baş rollarda Rayan Qoslinq, Kim Beysinger, Rassel Krou, Enqauri Rays, Mett Bomer, Marqaret Kuelli, Yaya DaKosta, Kit Devid, Bo Napp və Lois Smitt çəkiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti