...

Ukraynada "Eurovision"u keçirəcək şəhər seçilir

Mədəniyyət Materials 24 İyun 2016 17:47 (UTC +04:00)
"Eurovision 2017" mahnı müsabiqəsini keçirmək üçün Ukrayna şəhərləri arasında müsabiqə keçiriləcək.
Ukraynada "Eurovision"u keçirəcək şəhər seçilir

Bakı. Elçin Hüseynov - Trend:

"Eurovision 2017" mahnı müsabiqəsini keçirmək üçün Ukrayna şəhərləri arasında müsabiqə keçiriləcək. Trend TASS-a instinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Vladimir Qroysman bu gün hökumətin iclasında bildirib.

O deyib ki, müsabiqə açıq və şəffaf keçirilməlidir: "Şəhərlərin ərizələri baxılmalıdır və eləsi seçilməlidir ki, nüfuzlu mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsini təmin etsin".

Artıq Odessa, Xerson, Kiyev, Dnepr, Lvov və digər şəhərlər müsabiqəni qəbul etməyə hazır olduqlarını bildiriblər.

Bundan əvvəl Ukraynanın mədəniyyət naziri Yevgeni Nişyuk demişdi ki, "Eurovision 2017"-ni keçirəcək şəhərin adı ümümmilli seçim nəticəsində avqustun 1-dək elan ediləcək.

Qeyd edək ki, builki "Eurovision" müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti