...

"Müfəttiş" Milli Dram Teatrında (FOTO)

Mədəniyyət Materials 1 İyul 2016 15:24 (UTC +04:00)
Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçiriləcək.
"Müfəttiş" Milli Dram Teatrında (FOTO)

Bakı. Trend:

İyulun 1-də və 2-də Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Əlvida Cəfərov (Osip), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edirlər.

Qeyd edək ki, M.Mikayılov Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti