...

Filmlərimizin kadrarxası fotoları göstəriləcək

Mədəniyyət Materials 14 İyul 2016 19:15 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərgisini təşkil edəcək.
Filmlərimizin kadrarxası fotoları göstəriləcək

Bakı. Trend:

"Bakı Metropoliteni" QSC Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərgisini təşkil edəcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, sərgi Azərbaycan kinematoqrafiyasına həsr olunub. Sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası maraqlı fotoşəkillər nümayiş olunacaq.

Maraqlananlar iyulun 15-dən metronun "Gənclik" stansiyasının keçidlərində sərgi materialları ilə tanış ola bilərlər. Sərginin açılış mərasimi saat 11:00-da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti