...

Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Brüsseldə

Mədəniyyət Materials 19 İyul 2016 19:39 (UTC +04:00)
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı təmsil etmək üçün hər il Brüsseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalına yollanıblar.
Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Brüsseldə

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı təmsil etmək üçün hər il Brüsseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalına yollanıblar.

İdarədən Trend-ə verilən məlumata görə, iyulun 17-dən 31-nə kimi keçiriləcək festivalın əsas məqsədi 10-18 yaşlı dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.

Səfərdən əvvəl Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin direkroru, əməkdar artist Əziz Qarayusifli başda olmaqla məktəbin bir qrup istedadlı şagirdlərindən sayılan Nərgiz Əliyevanı (fortepiano), Zərrin Əliyevanı (skripka), Elnarə Tağızadəni (alt) və Orxan Hüseynovu (violançel) qəbul edərək onlara uğur və qələbə arzulayıb.

Şagirdlər də öz növbəsində vətənimizi beynəlxalq festivalda layiqincə təmsil edəcəklərinə söz veriblər.

Qeyd edək ki, festival “Château du Lac”-da qala konsert və Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi, Aleksandr Qavrilyuk kimi dünya musiqi elitası nümayəndələri tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti