...

Aktyorumuz Moskvada təhsil alacaq (FOTO)

Mədəniyyət Materials 22 İyul 2016 19:27 (UTC +04:00)
Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub.
Aktyorumuz Moskvada təhsil alacaq (FOTO)

Bakı. Trend:

Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir neçə mərhələdən uğurla keçən aktyorumuz təhsil müəssisəsinin “teatr rejissorluğu” fakültəsinə qəbul edilib.

Məlumat üçün bildirək ki, bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu il oktyabr ayının 23-də fəalliyyətə başlayıb və Yevgeni Vaxtanqovun adını daşıyıb. Müxtəlif illərdə Y.Vaxtanqov adına Moskva Dramatik studiyası, orta teatr təhsil müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr məktəbi və nəhayət 2002-ci ildən B.Şukin adına Teatr İnstitutu adlandırılıb. İnstitutun əksər məzunlarının məşhurlaşmalarının əsas səbəbi burada çalışan peşəkar teatr xadimləri və bu təhsil ocağının tədris metodlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti