...

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edən kitab işıq üzü görüb

Mədəniyyət Materials 27 İyul 2016 20:48 (UTC +04:00)
A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Türkmən sülalələri” (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında “İranın Kembric tarixindən” çıxarışlar) adlı kitab işıq üzü görüb.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edən kitab işıq üzü görüb

Bakı. Trend:

A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Türkmən sülalələri” (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında “İranın Kembric tarixindən” çıxarışlar) adlı kitab işıq üzü görüb.

Trend AMEA-nın saytına istinadən xəbər verir ki, yeni nəşr “İranın Kembric tarixindən” kitabının VI cildinin tərcüməsidir. Kitabın tərcüməçisi institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.

Qeyd edək ki, sözügedən tədqiqat işi “İranın Kembric tarixinə” Orta əsr Avropa və Şərq mənbələrinin məlumatları əsasında daxil edilib. Kitabda, həmçinin terminlərin və sülalə adlarının lüğəti də yer alıb.

Nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirən məlumat kitabçası kimi də istifadə oluna bilər.

Layihənin məsul redaktoru və ön sözün müəllifi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Kitab tədqiqatçılar, müəllim və tələbələr, həmçinin Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti