...

Azərbaycanlı musiqiçilərin Brusseldə “Musica Mundi” festivalında uğuru (FOTO)

Mədəniyyət Materials 28 İyul 2016 10:56 (UTC +04:00)
Gənc musiqiçilər Brusseldə keçirilən “Musica Mundi” festivalında Azərbaycanı layiqincə təmsil edirlər.
Azərbaycanlı musiqiçilərin Brusseldə “Musica Mundi”
festivalında uğuru (FOTO)

Bakı. Trend:

Brusseldə keçirilən “Musica Mundi” Beynəlxalq kamera musiqisi festivalında iştirak edən Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri ölkəmizi layiqincə təmsil edirlər.

Trend-ə verilən məlumata görə, festival çərçivəsində “Musica Mundi”nin bədii rəhbəri, görkəmli sripkaçı Maksim Venqerovun konsertindən sonra təmsilçilərimiz İrvi Qitlis, Leonid və Xaqit Kerbellər, Aleksandr Qavrilyuk kimi dünya şöhrətli musiqiçilərin ustad dərslərində iştirak ediblər .

Həmçinin, iyulun 24-də gənc musiqiçilər “Château du Lac”-da baş tutmuş konsertdə festival proqramına daxil olan əsərləri uğurla ifa ediblər.

Qeyd edək ki, Festival iyulun 31-nə kimi davam edəcək. “Musica Mundi”nin əsas məqsədi 10-18 yaşlı dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti