...

Dünya Sülh Gözəli müsabiqəsində təmsilçimiz bəlli olub (FOTO)

Mədəniyyət Materials 28 İyul 2016 17:03 (UTC +04:00)
Dünya Sülh Gözəli beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək model bəlli olub.
Dünya Sülh Gözəli müsabiqəsində təmsilçimiz bəlli olub (FOTO)

Bakı. Trend:

Dünya Sülh Gözəli beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək model bəlli olub.

Trend-in məlumatına görə, sentyabr ayında, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində, baş tutacaq modellər arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrinden olan “Miss World Peace 2016” da , ölkəmizi “Miss & Mister Caucasus” müsabiqəsinin finalçısı Həmidə Məhəmmədvand təmsil edəcək. Bu o deməkdir ki, artıq "Miss World Peace" Azerbaijan 2016 titulu ona aiddir. Bu haqda məlumatı tanınmış təşkilatçı World Beauty Congress-in Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyev verib: “Miss World Peace 2016”ya qatılan modelimiz Həmidə Məhəmmədvandın boyu 172 sm, yaşı iyirmidir. Təmsilçimiz hazırda müsabiqəyə hazırlaşır, tanınmış model treyninqlərindən olan Yuliana Huseynovadan dərslər alır. Həmidə Məhəmmədvand Müsabiqə üçün özəl olaraq fotoqraf Ratmir Şərifovun obyektivi qarşısına keçdi. "Mister Universal Ambassador 2016" yarışına hazırlıq tam sürətlə davam edir. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən oğlanlar iştirak edəcək. Qeyd edək ki, keçən il bu müsabiqədə ölkəmizi Sara Əliyeva Təmsil etmişdir. Yarışmanin İnternational direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti