...

Elza Seyidcahan və İlqar Sail “Retro Bakı” layihəsində.

Mədəniyyət Materials 29 İyul 2016 13:24 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 30-31-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Elza Seyidcahan və İlqar Sail  “Retro Bakı” layihəsində.

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 30-31-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən Trend-ə verilən məlumata görə, bu həftə “Retro Bakı”nın qonaqları əməkdar artist Elza Seyidcahan, tanınmış muğənnilər İlqar Sahil, Leyla Ramazanlı, Səbinə İsmayılova, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova və “Azad” rəqs qrupu olacaqlar.

Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti