...

Azərbaycan filmləri Peruda

Mədəniyyət Materials 17 Avqust 2016 13:10 (UTC +04:00)
Perunun paytaxtı Limada 20-ci Beynəlxalq Kinofestival keçirilib.
Azərbaycan filmləri Peruda

Bakı. Trend:

Perunun paytaxtı Limada 20-ci Beynəlxalq Kinofestival keçirilib. Ölkəmizin Perudakı diplomatik nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda Azərbaycan kinosunun müxtəlif dövrlərini əhatə edən ekran əsəri - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib. Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası, Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri təqdim edilib.

Böyük Milli Teatrda keçirilmiş festivalın təntənəli açılış mərasimində Perunun mədəniyyət naziri Xorxe Nieto Montesinos çıxış edərək, Latın Amerikası kinematoqrafiyası haqqında danışıb, mədəni irs və zəngin təxəyyüllərini əks etdirən filmlərin dünyanın müxtəlif ölkələrinin bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını bildirib.

Kinofestivalda nümayiş olunmuş filmləri Peru Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarda bir milyondan artıq tamaşaçı izləyə bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti