...

Nurlan Əzizbəyli "Retro Bakı" layihəsində

Mədəniyyət Materials 26 Avqust 2016 13:03 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir.
Nurlan Əzizbəyli "Retro Bakı" layihəsində

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 27-28 avqust, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaqlar. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcəklər.

Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramına dəvət edirik.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti