...

Lepsin Bakıdakı konsertinə biletlər onlayn satışda

Mədəniyyət Materials 30 Avqust 2016 12:23 (UTC +04:00)
Bakıda Heydər Əliyev Sarayında Qriqori Lepsin "The Best" adlı möhtəşəm konserti keçiriləcək.
Lepsin Bakıdakı konsertinə biletlər onlayn satışda

Bakı. Trend:

Noyabrın 19-da saat 20:00-da Bakıda Heydər Əliyev Sarayında Qriqori Lepsin "The Best" adlı möhtəşəm konserti keçiriləcək.

Trend-in məlumatına görə, Q.Leps adı böyük hərflərlə yazılan artist, uzun illərdir milyonların kumiri olan insandır. İki ildən sonra o, böyük solo-konsertlə Bakıya qayıdıraq əla musiqinin növbəti bayramını təqdim edəcək.

Konsertə biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Anşlaqlar, radioda rotasiyaların sayı üzrə və hit-paradların ilk pillələrinin rekordçusu Q.Leps yalnız özünəməxsus tərzdə ən yaxşı mahnılarını ifa edəcək. Q.Lepsin pərəstişkarları onu məhz bu tərzinə görə çox sevirlər. Onu güclü səsə və nadir xarizmaya malik olduğuna görə də sevirlər. Q.Lepsi koloritli, ürəyə yol tapan səsinə görə heç kimlə səhv salmaq mümkün deyil. Onun konsertləri böyük dekorasiyaların, möhtəşəm işıq və səsin olduğu şoudur. Müğənninin çıxışı güclü kişi enerjisi ilə doludur.

Q.Lepsin hər bir konsertini zəngin oberton səsi, fədakarlıq, tamaşaçıya verdiyi televiziya və ya internet vasitəsilə ötürülməsi mümkün olmayan emosiyalar müşayiət edir. Onun hər bir yeni işi hadisəyə çevrilir.

Onun oxuduğu hər sətrin arxasında o qədər ehtiras, qüvvə, həyat atəşi var ki, onun mahnılarını ilk dəfə eşidən və səhnədə görən hər bir kəs bu qeyri-adi artistin pərəstişkar ordusuna qatılır. Onu canlı dinləmək lazımdır. Q.Lepsi "Ya yedu jit v Londone", "Samıy luçşiy den", "Vyuqa", "Ona ne tvoya" kimi superhitlərsiz səhnədən ayrılmağa imkan vermirlər! Lakin o hər dəfə sürprizlər təqdim edir...

İnformasiya dəstəyi - Trend.az, Day.Az və Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti