...

Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2016 09:42 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və buradakı Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” adlı layihəyə start verilib.
Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” (FOTO)

Bakı. Trend:

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və buradakı Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” adlı layihəyə start verilib. Konsulluqdan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində, müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los Ancelesdə nümayişi planlaşdırılır. Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edərək, ölkəmizin xarici ölkələrdə təbliğində Azərbaycan kinematoqrafiyasının daim xüsusi rol oynadığını diqqətə çatıdırıb. N.Ağayev qeyd edib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcəkdir.

Daha sonra Los Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O, göstərilən dəstəyə görə, icma adından Baş Konsulluğa təşəkkürünü ifadə edərək, qarşıdakı dövrdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bidlirib. K.Rüstəmova qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır. İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verərək, qonaqları bu maraqlı ekran əsərinə tamaşa etməyə dəvət edib.

İngilis dilində subtitrlərlə göstərilən film sürəkli alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti