...

Əbülfəs Qarayev: Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə etməkdə maraqlıyıq

Mədəniyyət Materials 9 Sentyabr 2016 13:58 (UTC +04:00)
Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Əbülfəs Qarayev: Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə etməkdə maraqlıyıq

Bakı. Trend:

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında bütün sferalarda yaxın dostluq münasibətlərindən söhbət açılıb, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığı yüksək dəyərləndirib, turizm sahəsində yeni layihələrin həyata keçirilməsində qardaş ölkənin təcrübəsindən istifadə etməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan incəsənətinin, maddi-mədəni irsinin qorunması və təbliği, eləcə də digər sahələrdə əməkdaşlığın ölkələrimiz arasındakı münasibətlərdə mühüm amil olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir İsmayıl Alper Coşqun iki ölkə arasında bundan sonra da əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti