...

İsveçrədə Azərbaycan caz konsertləri olacaq

Mədəniyyət Materials 20 Sentyabr 2016 15:32 (UTC +04:00)
Azərbaycan İsveçrədəki Səfirliyinin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə birgə əməkdaşlığı nəticəsində Bern şəhərində Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.
İsveçrədə Azərbaycan caz konsertləri olacaq

Bakı. Trend:

Azərbaycan İsveçrədəki səfirliyinin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə birgə əməkdaşlığı nəticəsində Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası olan "İnnere Engenin Marians Jazz room" konsert zalında 4-8 oktyabrda Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, caz ifaçısı Ş.Növrəsli hər gecə 2 müxtəlif konsert programı olmaqla 5 gün müddətində İsveçrə caz sevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcək. Eyni zamanda həmin konsertlər zamanı tamaşaçılara Azərbaycan milli mətbəxinin nümunələri və Azərbaycan şərabları təqdim ediləcək.

Bununla yanaşı, konsertlər zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunacaq.

İctimaiyyətə geniş məlumat verilməsi üçün İnnere Enge mehmanxanasının xüsusi caz proqramının broşürlərində (http://www.mariansjazzroom.ch/programm/) Azərbaycan barədə xüsusi reklam məlumatları da nəşr edilib, həmçinin İsveçrə caz radiosunun (http://www.radioswissjazz.ch/en/concert-calendar) İsveçrədə 4-8 oktyabr tarixlərindəki təqvimlərində musiqiçinin konsertləri barədə məlumat paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti