...

II Şəki Beynəlxalq Teatr festivalında növbəti tamaşalar oynanılıb (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2016 19:36 (UTC +04:00)
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının proqramının yarıdan çoxu arxada qalıb.
II Şəki Beynəlxalq Teatr festivalında növbəti tamaşalar oynanılıb (FOTO)

Bakı. Trend:

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının proqramının yarıdan çoxu arxada qalıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 19-da Şəki səhnəsi Moskvadan gəlmiş müstəqil "Tvikster" teatrının ixtiyarında olub. Teatrın təməlini qoymuş Vyaçeslav İqnatov və Mariya Litvinova yaranan hər hansı ideyanı gerçəkləşdirmək üçün teatrla bağlı digər sənət sahiblərini də tamaşa üzərində işə cəlb edirlər. "Üç məkan" festivalında "Tvikster"in nümayiş etdirdiyi "Bədən üzvləri" tamaşasının ərsəyə gəlməsində əsas iştirakçılardan biri, rəqqas, xoreoqraf Denis Boroditskinin əməyi böyükdür.

Tamaşa insanın doğulandan bəri keçdiyi ömür yolunda onu sarsıdan, yaddaşına həkk olunan hadisələrin onun yaddaşında necə iz qoyması, həyatına təsir etməsindən bəhs edir. Ənənəvi, pantomim, rəqs və kölgə teatrı ünsürlərinin bir tamaşada həm də yüksək texnoloji effektlərlə istifadə edilməsi qeyri-adi və maraqlı səhnə əsərinin yaranmasını şərtləndirib.

Tamaşaların sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim edilib.

Bir gün öncə, sentyabrın 18-də festival proqramının daha bir tamaşası Mingəçevirdə oynanılıb. Gəncə Dövlət Dram Teatrı İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti