...

“Nabat” və “Dmitrov küçəsi 86” filmləri Didor film festivalında (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2016 20:58 (UTC +04:00)
Elçin Musaoğlunun “Nabat” və Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” filmləri Didor Beynəlxalq Film Festivalına dəvət alıb.
“Nabat” və “Dmitrov küçəsi 86” filmləri Didor film festivalında (FOTO)

Bakı. Trend:

Elçin Musaoğlunun “Nabat” və Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” filmləri Didor Beynəlxalq Film Festivalına dəvət alıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, hər iki film festivalın müsabiqə proqramlarında yer alıb. Festivalın açılış mərasimi 16 oktyabr tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutacaq.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar. Filmin beynəlxalq premyerası Venesiya film festivalının “Orizzonti” müsabiqə proqramının çərçivəsində baş tutub.

“Dmitrov küçəsi 86” qısametrajlı bədii filmi “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir. Filmin beynəlxalq premyerası Almaniyanın Cottbus film festivalının “Fokus” proqramında baş tutub.

“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi Cəfər Axundzadə, quruluşçu operatoru Əlişir Həmidhocayev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Rüstəm Zeynallı, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədədir (“Adari films”). Filmdə baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov, Dilarə Kazımova və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti