...

Milli Musiqi Günü təntənəli şəkildə Əddis-Əbəbədə qeyd edilib (FOTO)

Mədəniyyət Materials 24 Sentyabr 2016 11:33 (UTC +04:00)
Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərinin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema” da Milli Musiqi Günü münasibətilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bərpa edilmiş və rənglənmiş “Arşin mal alan” musiqili komediya filmi nümayiş etdirilib.
Milli Musiqi Günü təntənəli şəkildə Əddis-Əbəbədə qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərinin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema” da Milli Musiqi Günü münasibətilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bərpa edilmiş və rənglənmiş “Arşin mal alan” musiqili komediya filmi nümayiş etdirilib.

Tədbirdə Efiopiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, Afrika İttifaqı Komissiyasının nümayəndələri, Efiopiya rəsmiləri, Efiopiya Kinematoqraflar Assosiyasiyasının sədri, mədəniyyət işçiləri və Azərbaycanın təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Filmin nümayişindən sonra qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.

Tədbir ölkənin aparıcı mətbuatının diqqətində olubdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti