...

Azərbaycan rəqs xadimlərinin ümumi toplantısı keçirilib (FOTO)

Mədəniyyət Materials 27 Sentyabr 2016 14:26 (UTC +04:00)
Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqı ilə birlikdə rəqs kollektivlərinin rəhbərlərinin iclası keçirilib.
Azərbaycan rəqs xadimlərinin ümumi toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqı ilə birlikdə rəqs kollektivlərinin rəhbərlərinin iclası keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, əsas müzakirə olunan məsələlər Assosiasiyanın Rəyasət heyətinin Şimal 1 və Şərq regionları üzrə nümayəndələrinin seçilməsi olub. Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov bildirib ki, Şimal 1 və Şərq regionları üzrə nümayəndə heyətləri seçilməyiblər. Şimal 1 regionu üzrə assosiasiyanın üzvləri arasında yekdil səsvermə ilə Quba rayon nümayəndəsi Akif bəy Fərəczadə seçilib. Şərq regionu üzrə yekdil səsvermə ilə Mingəcevir nümayəndəsi Mələk Tağıyeva seçilib.

Digər müzakirə olunan məsələ etika koduna riayət olunması olub. Bildirilib ki, etika kodunun bir çox yarışlarda əsasən valideynlər tərəfindən pozulması müşahidə olunur. Rəyasət heyətinin qarşısına Çerdlidinq komandalarının yaradılması məsələsi qoyulub. Qeyd olunub ki, Çerdlidinq komandaları gələçəkdə məktəblərdə dərs kimi keçirilməlidir. Bu sahənin inkişafı üçün çalışmaq lazımdır. Müəllimlərə belə komandalar yaratmaq tövsiyə olunub.

Ə.Əzizov 2016 -2017-ci illərdə keçiriləcək mövsümi tədbirlər haqında danışıb. O bildirib ki, rayon tədbirlərinin vaxtları dəqiq müəyənləşdirib Assosiyasiya xəbər verilməlidir. Oktyabr ayının 16-da Bakı Şəhər kubokunun keçiriləcəyi bildirilib. Sumqayıt kubokunun isə noyabr ayında keçirilməsi qərara alınıb. Digər keçiriləcək yarışlardan biri isə dekabr ayının 11-də baş tutacaq Azərbaycan kubokudur. Assosiyasiyanın Rəyasət heyəti Kəpəz kubokunun yanvar ayının 28-29-da keçirilməsinə qərar verib. Tədbirin sonunda Tahir Eynullayev bildirib ki, yay ayları ərzində Azərbaycanın bir çox rayonlarında və kəndlərində rəqs kollektivləri ilə maraqlanaraq, onların rəqslərini izləyib. O deyib ki, fəaliyyət göstərən rəqs qruplarına dəstək göstərmək, kostyumlarla təchiz etmək, həmçinin master-klass keçmək lazımdır.

Sonra Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizovun təşkilatın üzvlərinə müraciəti səsləndirilib: "Əziz dostlar, həmkarlar. Yeni rəqs mövsümü ilə bağlı sizi təbrik edirəm. Sizə və Sizin tələbələrə yeni nailiyətlər və qələbələr arzulayıram. Azərbaycan rəqqaslarının yerli və beynəlxalq yarışlarda qələbələri Azərbaycan rəqsinə mühüm töhfə verib və biz bu rəqs istiqamətləri üzrə Folklor, Street, Oriental, Bollywood Modern, çempionlarımızla fəxr edirik. Assosiasiya mövcud olduğu illər ərzində çox uğur əldə edib. Mən rəqs sənətinə təkidli zəhmət, səbr və xidmətinizə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Biz Qafqazda "regionun lideri" mövqelərini möhkəm qazanmışıq. Bunu bizim çoxsaylı mükafatlar sübut edir. Qarşıda yeni vəzifələr və yeni inkişaf yolları durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti