...

Tekstil sahəsində yeni ad Hadije (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2016 12:05 (UTC +04:00)
Tekstil sektorunda yeni ad Hadije - fashion dünyasına tam fərqli bir istiqamət verən işlərə imza atan və iş dunyasını da fəaliyyətə daxil edərək fərqli işbirliklərinin qurulmasına imkan təmin edən bir addır.
Tekstil sahəsində yeni ad Hadije (FOTO)

Bakı. Trend:

Tekstil sahəsində yeni ad Hadije - fashion dünyasına tam fərqli bir istiqamət verən işlərə imza atan və iş dunyasını da fəaliyyətə daxil edərək fərqli işbirliklərinin qurulmasına imkan təmin edən bir addır.

Keçiriləcək tədbirlər çərçivəsində dizaynerlər və tədbirdə iştirak edəcək qonaqlar Hadije markasının yaradıcısılığı ilə tanış olub, beynəlxalq layihə haqqında və onun gələcək planları haqqında daha çox məlumat əldə etmək imkanında olublar.

Qatar, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Livan, İordaniya kimi ölkələrin sırasında Azərbaycan, Gürcüstan, Rusiya kimi ölkələrdə moda təşkilatlarının keçirilməsi ön plandadır.

İlk tədbir Bakıda Bulvar oteldə keçirilib. Dəfilədə Zümrüd Mirzəliyevə, Lalə Ağayeva, LAB 151, Günay Quliyeva, Turan Fashion, Günel Ravilovanın kolleksiyaları nümayış olunub. Gecəni Turkiyədə yaşayan həmrilimiz Ləman Süleymanovanın və ilk dəfə olaraq dizayner kimi özünü göstərən müğənni Zamiq Huseynovun kolleksiyaları alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti