...

Türkiyə ilə mədəni əlaqələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2016 12:23 (UTC +04:00)
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı ilə görüşüb.
Türkiyə ilə mədəni əlaqələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı ilə görüşüb.

Fonddan Trend-ə verilən məlumata görə, görüş zamanı G.Əfəndiyeva qeyd edib ki, üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə olan Türk Mədəniyyəti və İrsi Fondu Prezident İlham Əliyevin təşəbbüsü və üzv dövlətlərin dövlət başçılarının dəstəyi ilə yaradılıb. G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, həyata keçirilməsi nəzərdə tutulan gələcək işlər, o cümlədən Böyük İpək Yolu, Türk dünyasının əl sənətləri, musiqi alətləri kimi layihələri nazirin diqqətinə çatdırıb.

G.Əfəndiyeva, eyni zamanda, N.Avcıya Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi ilə əlaqədar başsağlığı verərək türk milləti və dövlətinin birgə mübarizəsini demokratiya və birlik nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. N.Avcı Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının türk dünyasının birliyi üçün əhəmiyyətini qeyd edərək Fondun layihələrinə dair dəstəyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti