...

İstanbulda Azərbaycan mətbəxinin tanıtımı - “Qardaş süfrəsi”

Mədəniyyət Materials 7 Oktyabr 2016 13:58 (UTC +04:00)
İstanbulda Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib.
İstanbulda Azərbaycan mətbəxinin tanıtımı - “Qardaş süfrəsi”

Bakı. Trend:

İstanbulda Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib. Tədbirdə azərbaycanlı aşbazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim edilib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli yeməklər sırasına şah plov, dolma, balıq, fisincan və çığırtma daxil edilib.

Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə deyil, eyni zamanda tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istəyində olduğunu bildirib. O nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirildiyini bildirib və növbəti tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin də qardaş ölkədə geniş yayılması və tanıdılması olmuğunu qeyd edib. Tədbirdə həmçinin, milli mətbəximizə həsr olunan kitablar da qonaqlara təqdim edilib.

Tədbir Türkiyə mətbuatında geniş işıqlanıdırlıb və böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti