...

Çavuşoğlu Türk Mədəniyyət və İrsi Fondunun fəaliyyətini vacib hesab edir

Mədəniyyət Materials 8 Oktyabr 2016 14:48 (UTC +04:00)
Türk Mədəniyyət və İrsi Fondu türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Çavuşoğlu Türk Mədəniyyət və İrsi Fondunun fəaliyyətini vacib hesab edir

Bakı. Orxan Quluzadə - Trend:

Türk Mədəniyyət və İrsi Fondu türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fondun prezidenti Günay Əfəndiyeva ilə görüşdə deyib.

G.Əfəndiyeva naziri fondun fəaliyyəti barədə məlumatlandırıb.

Fondun türk dünyası tarixinin, mədəniyyətinin və sivilizasiyasının qorunmasında vacibliyini qeyd edən nazir bildirib ki, Türkiyə həmişə təşkilatın fəaliyyətini dəstəkləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti