...

Azərbaycanda Rusiya Kinosu Günləri başladı (FOTO)

Mədəniyyət Materials 11 Oktyabr 2016 16:26 (UTC +04:00)
Azərbaycanda Rusiya Kinosu Günləri başlayıb.
Azərbaycanda Rusiya Kinosu Günləri başladı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Rusiya Kinosu Günləri başlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Günlərinin açılışı olub.

Rusiya kinosunun nümayəndələri – rejissor Sergey Bragin və “Kinofest” Prodüser Mərkəzinin direktoru Yuri Vasilyev iştirak etdikləri tədbirdə Renat Davletyarovun “Xalis incəsənət” filmi nümayiş olunub.

Şəhərimizin sakinləri və qonaqları oktyabrın 11-də “Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də “O əjdahadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isə “Qutu” (rejissor Edvard Bordukov) filmlərinə baxa biləcəklər.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında, hər gün saat 18.30-da nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti