...

Yerli caz ifaçıları konsert verəcəklər (FOTO/VİDEO)

Mədəniyyət Materials 12 Oktyabr 2016 13:47 (UTC +04:00)
Oktyabrın 22-də Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.
Yerli caz ifaçıları konsert verəcəklər (FOTO/VİDEO)

Bakı. Trend:

Oktyabrın 22-də Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

"jAzzeri Bands" caz musiqisi axşamında Mikayıl Rəfiyev və "Excellent Music Band", Diana Hacıyeva və DiHaj, Cəmilə Haşımova və "Jazzers Band", Nərmin Kərimbəyova və "Freedom Band" iştirak edəcəklər.

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

Biletlərin qiyməti: 10-30 manat

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti