...

Oksana və “-40 dərəcə” Rauf evlənir? (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2016 10:50 (UTC +04:00)
Aparıcı Firadan hamını şoka salan etiraf.
Oksana və “-40 dərəcə” Rauf  evlənir? (FOTO)

Bakı. Trend:

Aparıcı Firadan hamını şoka salan etiraf.

Oktyabrın 8-də “Oyan Azərbaycan” verilişində Xəzər TV-nin tamaşaçıları 40 dərəcə hərarət haqladı. Bu dəfə Rauf studiyada yalnız oxumadı, həm də aparıcı Firanın “Tapmaca” sınağından “5” aldı.

Oksana Rəsulova da bu işdə ona yardım edirdi. Şux hind rəqsləri, Raufun iynəli kinayələri, “Veriliş bitən kimi, onu çıxıb döyməliyəm” – sözləri, daha nələr-nələr.. Bu arada Fira Rauf və Oksanaya maraqlı təklif də etdi: “Bəlkə evlənəsiniz?”. Bizim “hind” gözəlimiz bu gözlənilməz suala “Rauf mənim kiçik qardaşımdır, mən onun toyunu görməyi arzulayıram” – deyə cavab verdi. Fira isə hamını şoka salaraq, canlı efirdə “Bircə evli olmasaydım, etiraf edim ki, özüm Rauf haqda düşünərdim” – dedi.

Növbəti gün də qonaq-qaralı oldu.Tamaşaçılar Murad Arif və Elza Seyidcahanla səhər sanki emosiya yağışına qərq oldular. Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərə dair verilən “düzələr” və SOS siqnalları umidvarıq ki, hədəfinə çatdı.

İzləyə bilməyənlər bu linklərə daxil ola bilərlər:

http://www.myvideo.az/?act=dvr&chan=xazer

http://www.myvideo.az/?act=dvr&chan=xazer&seekTime=2016-10-09%2008:00:00&tracker=search_tv

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti