...

Fuad Poladov Bilik Fondunda (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2016 15:51 (UTC +04:00)
Prezident yanında Bilik Fondu mütəmadi olaraq gənclərin yaradıcı insanlar – mədəniyyət və incəsənət xadimləri ilə görüşünü təşkil edir.
Fuad Poladov Bilik Fondunda (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu mütəmadi olaraq gənclərin yaradıcı insanlar – mədəniyyət və incəsənət xadimləri ilə görüşünü təşkil edir.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qurumun təşkilatçılığı ilə bu dəfə Bakı Ali Neft Məktəbində xalq artsiti Fuad Poladovla görüş keçirilib.

Qonaqları BANM-nin prorektoru professor Ramiz Hümbətov salamlayıb və F.Poladovun yaradıcılığı haqqında müfəssəl məlumat verib.

Sonra xalq artisti onu sevənlərlə baş-başa buraxılıb. Aktyor tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıb. Tədbirdə xalq artistinin sənət taleyi ilə bağlı fikir mübadiləsi aparılıb, həm kinoda, həm də teatrda yaratdığı obrazların müzakirəsi olub.

Tələbələr F.Poladovun sevdiyi şair Ramiz Rövşənin şeirlərini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti